Səbail rayonuna yeni polis rəisi təyin edildi
6 Oktyabr 2021 10:30 SiyasətBakının Səbail rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
Olaylar.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov tutduğu vəzifədən azad edilərək Səbail Rayon Polis İdarəsinə rəis təyin edilib.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31