“Məğlubiyyətə rəğmən Ermənistan tərəfi sülh ilə bağlı irəli sürülən təşəbbüsləri dəstəkləməlidir”- İlyas Hüseynov
6 Oktyabr 2021 09:49 SiyasətOktyabrın 4-də Prezident İlham Əliyevin Cəbrayılın işğaldan azad olunduğu günlə bağlı bölgəyə səfərinə münasibət bildirən politoloq İlyas Hüseynov Olaylar.az-a bildirib ki, səfər zamanı Prezident mühüm siyasi mesajlar verdi.
"İlk öncə qeyd etmək lazımdır ki, Ermənistanda hələ də müharibənin nəticələri ilə bağlı müəyyən çaşqınlıq var. Ermənistan ordusunun yaradılmasında xüsusi xidmətləri olan şəxslər sırasında ən birinci yerdə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan dayanır. Ermənistan hərbi qulluqçuları arasında da geniş yayılmış fikir bundan ibarətdir ki, ordunun yaradılmasında Serj Sarksyanın əvəzsiz rolu olub. Bu gün də Serj Sarksyan müharibədə olan məğlubiyyəti Nikol Paşinyanın üzərinə atır. Lakin Paşinyan 2018-ci ildən hakimiyyətdədir. Bu illər ərzində o, yalnız yaranmış problemləri qəbul edib. Bu problemlər üzərindən ordu quruculuğu prosesinə davam edib. Orduda silah təchizatında yaranan problemlər, koorrupsiya sxemləri və mexanizmləri, həmçinin orduda baş verən neqativ hallar, nizamnamədən kənar fəaliyyətin təşkil olunması, digər proseslərdə günahkar məhz Serj Sarksyandır. Bu proseslərdə təbii ki, ən ciddi iddihamlar Serj Sarksyana ünvanlanmalıdır. Eyni zamanda BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Müharibədən sonra keçirilən ilk görüş idi. Azərbaycan tərəfi Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı şərtləri, regionla barışığın əldə olunması ilə öz təşəbbüslərini həyata keçirir. Burada ilk növbədə sərhədlərin delimitasiya-demorkasiyasi prosesinə başlanılmasıdır. Bununla yanaşı olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin Ermənistan tərəfindən tanınması həyata keçirilməlidir. Daha sonraki mərhələdə isə regiondaki nəqliyyat və kommunikasiya xətlərinin açılması , Zəngəzur dəhlizinin istifadəyə verilməsi, mühüm istiqamətlər sırasındadır. Bu şərtlərin qəbul olunması həm Azərbaycanın haqlı tələblərinin icrasıdır, həm də beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Azərbaycan sülh müqaviləsinə gedən yolda bu tələblərin yerinə yetirilməsinin tərəfdarıdır. Bu ətrafda müəyyən müzakirələrin həyata keçirilməsi nəzərdən keçirlir. Ona görə də, sülhün, dayanıqlı inkişafın və təhlükəsizlik mühütünün formalaşması hər iki tərəfin maraqları kontekstindədir. Müharibədə acı məğlubiyyətə uğrayan Ermənistan hal-hazırda müharibə aparmaq iqtidarında deyil. Dağılmış ordusuyla Ermənistan dövlətçiliyini sual altında qoymaq istəməz. Məğlubiyyətə rəğmən Ermənistan tərəfi sülh ilə bağlı irəli sürülən təşəbbüsləri dəstəkləməlidir"