Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib
5 Oktyabr 2021 15:48 Siyasətİqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının tərkibi genişləndirilib.
Olaylar.az bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 yanvar tarixli 1245 nömrəli Fərmanında edilən dəyişikliklə bağlı Fərmanda əksini tapıb.
Dəyişikliyə əsasən, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Müşahidə Şurasının üzvlərinin sayı 3-dən 5-ə qaldırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31