Əliyevlə Paşinyanın görüşündə hansı məsələlər müzakirə ediləcək?
5 Oktyabr 2021 14:40 Siyasət"Azərbaycan və Ermənistan tərəfləri danışıqlar masasının başlanmasına razılıq verdilər. Əlbəttə ki, Ermənistan buna birbaşa "hə" demədi. Ermənistanı bu razılığa gətirmək üçün müəyyən siyasi gedişatlar edildi". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elman Vəliyev deyib ki, Ermənistan tərəfi əvvəllər Azərbaycanın qarşısına bir xeyli şərt qoyduğu halda indi 1 şərt qarşılığında görüşə razılıq verdi: "Bu şərt də əsirlərin geri qaytarılmasıdır. Prezident İlham Əliyevlə Nikol Paşinyan yaxın zamanlarda görüşəcək. Görüşün əsas məqsədi delimitasiya və demarkasiyası məsələsi, mina xəritələri, dəhliz məsələsi olacaq. Zənn edirəm ki, Azərbaycan tərəfi Ermənistanın 1 şərtini(əsirlər məsələsi) yerinə yetirə bilər. Qarabağda olan ermənilərə yaşamaq hüququ veriləcək".
Politoloq bildirib ki, qalan məslələr də isə üstünlük Azərbaycanın olacaq: "Buna şübhə yoxdur. Prezident İlham Əliyevin Qarabağın statusunun olmadığını deməsi, Rusiya tərəfinin qondarma respublikanın sərhədlərinin olmadığı xəritəni paylaşması buna dəlalət verir".
Elman Vəliyev onu da diqqətə çatdırıb ki, tərəflər görüş üçün 3-cü bir ölkəni seçdilər: "Bu ölkə Rusiya və ya Gürcüstan ola bilər. Bu görüşdən əvvəl Paşinyan Vladimir Putinlə görüşəcək. Əminəm ki, Paşinyanla Putin görüşü Azərbaycanla Ermənistan arasında danışıqların başlanması məsələsinə həsr ediləcək".