Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə xəbərdarlıq- “Dəmir yumruq yerindədir”

"Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri mühüm hadisələrlə yadda qalır. Bu gün qürurla qeyd edirik ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad olunduqları günləri qeyd edir, Azərbaycan Ordusunun  qəhrəmanlığından qürurla bəhs edirik". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, möhtərəm Prezidentimiz Bərdə və Tərtər rayonlarına səfəri çərçivəsində Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını qaldırdı,  bir daha 30 illik işğal dövründə ermənilərin havadarlarının dəstəyi ilə  sülh danışıqlarına imitasiya naminə qatılmalarından, yeni ərazilər uğrunda müharibə planlarından,  hər iki yaşayış məntəqəsinin  işğaldan azad olunmasının strateji əhəmiyyətindən bəhs etdi: "Cəbrayıl rayonuna səfərində isə  ictimaiyyət nümayəndələri ilə görüşündə Azərbaycanın müstəqil siyasətinin uğurlarını əsaslı şəkildə diqqətə çatdıraraq bir daha vurğuladı ki, Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır, öz daxili işinə müdaxiləyə  hec zaman imkan vermir və verməyəcək".  M.Həsənov qeyd edib ki,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev  müharibəni zəfərlə başa vurduğumuzu önə çəkərək  sülh dövrünü də zəfərlə başladığımızı  və zəfərlə də  başa vuracağımıza əminliyini ifadə edib: "44 günlük İkinci Qarabağ müharibəsinin ilk günlərindən Prezident İlham Əliyevin ətrafında sıx birləşən  Azərbaycan xalqı  bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Azərbaycanın nümayiş etdirdiyi "Dəmir yumruq" əməliyyatı gücümüzlə bərabər birliyimizin, həmrəyliyimizin də təqdimatı oldu. Məhz bu birliyə, Azərbaycan Ordusunun 44 gündə yazdığı tarixi Zəfərə söykənərək cənab İlham Əliyev bütün çıxışlarında, müraciətlərində Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə xəbərdarlığını çatdırır: Dəmir yumruq yerindədir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31