İran hakimiyyətində ermənipərəstlər çoxluq təşkil edir

"Zəngəzur dəhlizi və İran- Azərbaycan-Ermənistan üçbucağında yaşananlar bölgədəki geosiyasi proseslərin gedişinə təsir etməklə birlikdə min il boyunca müxtəlif Türk xanədanları tərəfindən idarə olunan, Türk İslam mədəniyyətinin ən önəmli coğrafiyalarından biri halına gəlmiş  İrandakı  hakimiyyətin Azərbaycan və Türk dünyasıyla  bağlı apardığı siyasətin əsas çizgilərini də ortaya çıxarmaqdadır".  "OLAYLAR"-ın xəbərinə görə. Belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, 30 illik Erməni işğalı dövründə Arazın bu tayındakı  şəhər və kəndlərdə hər şey yerlə yeksan edilib məscidlər donuz ahırı halına gətirilərkən, Ermənistanla müttəfiq münasibətləri içində olan İran İslam Respublikasının buna səssiz qalması, üstəlik  Azərbaycan əsgərinin süngüsünün gücüylə ədalət bərqərar olduqdan, o torpaqlardan yenidən əzan səsi yüksəldikdən sonra  bölgənin İslam mədəniyyətini  təmsil edən bütün çox əsrlik abidələrini, məscid və məzarlıqlarını dağıtmış, daşı-daş üstündə qoymamış, rüsvayçı bir şəkildə Azərbaycan ordusuna  məğlub olmuş Xankəndindəki Erməni separatizminin qalıqlarını nəyəsə ümid edərək, bəsləməyə davam etməsini anlamaq mümkün deyildir: "İran əhalisinin böyük bir hissəsinin Azərbaycan Türklərindən ibarət olduğu da unudulmamalıdır".

Əkrəm Həsənov onu da diqqətə çatdırıb ki, İran hakimiyyətində ermənipərəstlər çoxluq təşkil edir: "Ona görə daha çox İran bizimlə deyil ermənilərlə daha çox yaxınlıq, dostluq edir. Məhz neçə illərdir keçirilməyən təlimlər indi niyə bizim işğaldan azad etdiyimiz torpaqlarımızın sərhədində baş verir. Niyə indiyə qədər İran höküməti 30 il işğal dövründə bir dəfə də olsun təlim keçirmədi. Bu da bizə onu deməyə əsas verir ki,  həqiqətən də İran hökümətində açıq aşkar ermənipərəst siyasət, ermənipərəstlik daha üst səviyədə qabardılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31