İran bizə daha çox dəstək verməli idi

"İranda bizim həmvətənlərimiz yaşayır. Ona görə də 30 illik işğal dövründə İran digər müsəlman ölkələrindən fərqli olaraq bizə daha çox dəstək verməli idi". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov təəssüf hissi ilə qeyd edib ki, İran höküməti Ermənistanla əlaqələr qurdu və prezidentlər arasında görüşlər təşkil edildi: "İndi isə bizə qarşı İrana meyilli radikal dindarlar təzyiq vasitəsi kimi istifadə edilir. İran höküməti isə radikal dindarların bu hərəkətini qulaq ardına vurur. Belə anlaşılır ki, İran hökuməti özü buna şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31