“Mən Putinin şəxsi məhbusuyam“

Gürcüstanın keçmiş prezidenti özünü Rusiya lideri Vladimir Putinin "şəxsi məhbusu" adlandırıb.

Ukrayna İslahatlar Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub yazaraq həbs olunması ilə bağlı bəyanatlardan çox təsirləndiyini bildirib.

Zelenskiyə yazdığı məktubda Saakaşvili qeyd edib ki, Gürcüstanda qanunsuz həbs olunaraq saxtalaşdırılmış ittihamlarla məhbəsə atılıb.

"Gürcüstanı çox sevirəm, amma Ukraynanı da çox sevirəm. Bu həyatımın uzun illərini keçirdiyim və ailəmin, dostlarımın və çox dəyər verdiyim vətəndaşlığımın olduğu ikinci vətənimdir. Ukrayna bütün həyatım boyu fəxr edəcəyim, etdiyiniz tarixi dəyişikliklərə və islahatlara təvazökar töhfə vermək imkanı olduğum ölkədir. Əslində, Putinin şəxsi əsiri olduğum üçün Ukraynanın, bütün bölgənin və bütün imperiya əsirlərinin müdafiəsi ilə bağlı prinsipial mövqeyinizi yüksək qiymətləndirirəm", - deyə Saakaşvilinin  səhifəsində yerləşdirdiyi məktubda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31