İran Azərbaycana qarşı səmimi deyil

"Tehranın bizə bu gün münasibəti nədirsə, illər öncə də elə olub. Belə bir şəraitdə, Azərbaycana İran əleyhinə müttəfiqlər lazım olsaydı, rəsmi Bakı bunu illər öncə edər, ərazisindən Tehrana qarşı istifadə olunmasına imkan yaradardı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkilinin sözlərinə görə, lakin, Azərbaycan sübut etdi ki, cənub qonşusuna münasibətdə səmimidir: "İkili standartlarla hərəkət etmir, etməyəcək də. Amma təəssüf ki, biz öz cənub qonşumuzdan eyni münasibəti hiss etməmişik. Əksinə, çox qəribə bir reallıq meydana çıxıb, biz 30 il məsciddə donuz saxlayan bir təcavüzkarı, barbarı məğlub etmişik, öz ərazilərimizi işğaldan azad etməklə yanaşı, həm də müqəddəs dinimizi tənədən, təhqirdən qurtarmışıq, indi İslam Respublikası bizə həmrəy və mütəşəkkir olmaq əvəzində, bizimlə separatçılara yük daşımaq davası aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31