“Doğma yurdda həyatın öz axarına qayıdacağı günə az qaldı”- Ceyhun Məmmədov

"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə oldu. Səfər zamanı bir sıra mühüm obyektlərin təməlqoyma mərasimi keçirildi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  səfər çərçivəsində Möhtərəm Prezidentimiz Cəbrayılda "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməlini qoydu: "Sonra Prezident İlham Əliyev 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyasının, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Möhtərəm Prezidentimiz həmçinin, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoydu. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdü, Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu. Ziyalılarımızın Möhtərəm Prezidentimizlə çox səmimi dialoqu oldu. Bütün Cəbrayıllıları səmimi-qəlbdən təbrik edirəm! Doğma yurdda həyatın öz axarına qayıdacağı günə az qaldı! Xalqımız üçün xeyirli və uğurlu olsun! Uca Tanrı Prezidentimizi qorusun! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31