“Erməni uşaqlar Azərbaycanla sərhədə toplanır, onlar...” – ABŞ nəşrindən SENSASİON İDDİA

ABŞ-da nəşr olunan "Washington Examiner" jurnalı ABŞ ordusundan təqaüdə çıxmış, özəl təhlükəsizlik şirkətlərində çalışan əsgərlərin Azərbaycan-Ermənistan sərhədi yaxınlığındakı bir erməni kəndində uşaqlara silahlı təlim verdiyini iddia edib.

Sfera.az xəbər verir ki, yayımlanan materialda təlimin "Phoenix Cəsarət Məktəbi" adlı bir qrup keçmiş əsgər tərəfindən verildiyi, komandanın başçısının 13 il ABŞ Hərbi Hava Qüvvələrində zabit olan Aram təxəllüslü Livan ermənisi olduğu qeyd edilib. 

Xəbərdə komandanın hər il 2-3 min arasında təlim görmüş şəxsləri yetişdirməyi hədəflədiyi bildirilib.

Gürcüstanda yaşayan kanadalı jurnalist Neil Hauer isə bu haqda "Qafqazda siyasət və şiddət" mövzusundakı araşdırmasında bəhs edib. Onun "Yahoo News"dakı təhlil hesabatında aşağıdakı ifadələr yer alıb:

"Azərbaycan sərhədindən bir neçə kilometr aralıda yerləşən erməni kəndi Armaşda erməni uşaqları Azərbaycana qarşı müharibəyə hazırlaşırlar. Bu, keçən ilin payızında Ermənistan-Azərbaycan müharibəsi veteranlarından ibarət kiçik bir təşkilat olan "Phoenix Cəsarət Məktəbi" tərəfindən keçirilən təlimin bir hissəsidir. Önümüzdəki bir neçə ay ərzində "Phoenix"in qurucusu və prezidenti, ABŞ Hərbi Hava Qüvvələrinin veteranı Aram kənd gənclərinə və uşaqlarına müdafiə taktikası və döyüş əməliyyatlarını öyrədir. Məqsəd onları növbəti müharibəyə hazırlamaqdır".

Mənbə: sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31