“Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa bir çıxış yolu yoxdur”- Musa Quliyev
4 Oktyabr 2021 18:09 SiyasətPrezident İlham Əliyevin 2021-ci il oktyabrın 2-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı açıqlama verən millət vəkili Musa Quliyev bildirib ki, Prezidentin postmüharibə dövründə verdiyi bütün müsahibələr, bəyanatlar, çıxışlar o cümlədən BMT-nin yüksək kürsüsündən etdiyi çıxış, bölgədə sülhün davamlı olmasına, əməkdaşlığın genişlənməsinə, ədalətli mövqenin sərgilənməsinə yönəlib. O cümlədən, İspanyanın EFE informasiya agentliyinə verdiyi müsahibə də bu müsahibə və çıxışların məntiqi davamıdır.
" Bu müsahibədə də Cənab Prezident Azərbaycan rəhbərinin sülhməramlı, humanist davranışını bir daha ortaya qoyur. Bütün niyyətləri dünya ictimaiyyətinə çatdırır ki, Azərbaycan ədalətli və davamlı sülhün, əməkdaşlığın tərəfindədir. Sülhün yaranmasında da bütün danışıqlara getməsinə hazırdır. Əlbəttə Ermənistanın danışığa hazır olub-olmaması zaman məsələsinə bağlıdır. Təchr("39")ssüflər olsun ki, Ermənistanda hələ də revanşist qüvvələrin müəyyən fikirləri aktual olaraq qalır. Baxmayaraq ki, Dağlıq Qarabağ mövhumu, termini artıq yoxdur. Bu mövhum tarixə qovuşub. Cənab Prezidentin müvafiq fərmanı ilə Azərbaycanın yeni iqtisadi rayonları;n ölçüsü verilibdir və artıq Dağlıq Qarabağ İfadəsi yoxdur. Şərqi Zəngəzur İqtisadi rayonları yaradılıb. Eyni zamanda Azərbaycanda kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması, sərhədlərin qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyasi prosesinə başlamasına da hazırdır. Ermənistanın bu prosesə nə qədər yaxın vaxtda hazır olub-olmamağı isə Ermənistandakı əhval-ruhiyyədən asılıdır. Amma onlar da artıq dərk etməyə başlayıblar ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa bir çıxış yolu yoxdur. Əgər onlar vahid dövlət, bir respublika kimi qalıb mövcud olmaq istəyirlərsə mütləq bu əməkdaşlığa getməlidirlər. Kommunikasiyaların açılması əslində Azərbaycandan da çox Ermənistana lazımdır. Bu mənada Cənab Prezidentin bütün müsahibələrində söylənilən fikirlər aktualdır. Dünya birliyi də bu fikirləri dəstəkləyir. Heç şübhəsiz ki, Azərbaycanın, qalib dövlətin mövqeyidir. Qalib bir dövlətin mövqeyi olaraq da sülhə, əməkdaşlığa yönələn bir mövqedir. Cənab Prezidentin də bu müsahibədə söylədiyi kimi, artıq müharibə səhifəsi çevrilmiş, biz isə yeni bir səhifəyə başlamalıyıq. Bölgədə sülh, əməkdaşlıq inkişafa təkan verən layihələri həyata keçirməliyik."