“Azərbaycan sülh müqaviləsinin imzalanmasına diqtə edən tərəf, qalib tərəf kimi getməsi çox mühüm məsələdir”- Arzu Nağıyev
4 Oktyabr 2021 16:35 SiyasətPrezident İlham Əliyevin 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı Olaylar.az-a müsahibə verən millət vəkili Arzu Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin EFE informasiya agentliyinə verdiyi müsahibə bütün aparcı informasiya vasitələri tərəfindən dünya ölkələrində geniş işiqlandırılır. Əsas məqam ondan ibarətdir ki, Cənab Prezidentin verdiyi müsahibədə həm 44 günlük müharibə, həm Ermənistan-Azərbaycan münaqişəsinin həlli, həm də işğaldan azad olunmuş ərazilərlə bağlı bütün spektrlər əhatə olunub.
"Prezident İlham Əliyevin Ermənistan rəhbərliyi ilə "görüşməyə hazıram" deməsi dünyada çox müsbət bir hal kimi qarşılanır. Eyni zamanda Rusiya-Türkiyə münasibətinin mühüm olması, işğaldan azad olunmuş ərazilərdə infrastrukturların bərpası və böyük qayıdış üçün müvafiq problemlərin həlli istiqamətində atılacaq addımlarla bağlı öz fikirini bildirib. Bundan başqa mühüm olaraq, məhz Azərbaycan-Ermənistan rəhbərliynin görüşündə Azərbaycanın sülh müqaviləsinin imzalanmasına diqtə edən tərəf, qalib tərəf kimi getməsi məsələsi çox mühüm məsələ kimi Cənab prezident tərəfindən səsləndirilib. Biz delimitasiya - demorkasiyai, digər istiqamətdə atılacaq addımlarla bağlı öz fikrimizi bildirməyə hazırıq. Ermənistan rəhbərliyi də, məlumdur ki, görüşmək fikri var. Lakin müəyyən məqamlar var ki, onlar daima hansısa havadarların fikirləri ilə oturub-durur. Buna görə də düşünürəm ki, məhz agentliyə verilən müsahibədən Cənab Prezident çox açıq və qətiyyətli şəkildə bu problemlərin nədən ibarət olduğunu çözüb və gələcəkdə Azərbaycanın prinsiplərini və dəyişməz mövqeyini birmənalı şəkildə bütün dünya oxucularına çatdırdı"