Gəncəyə atılan raketlər bumeranqa dönüb Ermənistanın başında partladı – Reportaj+Fotolar

 


Dinc şəhərə xaincəsinə 5 raket hücumu 
 
Bu gün, 2020-ci ilin bu günü - 4 oktyabr gecəsi terrorçu Ermənistan Azərbaycanın gözü olan Gəncə şəhərinə xain raket zərbələri endirdi. Bir mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 30-dan çox dinc sakin yaralandı. Evlərin, bnaların, küçələrin dağılması səhnəsi bütün detallarına qədər yaddaşımıza həkk olunub. 

Sonradan murdar düşmən, tülkü xislətinə xas davranışı ilə, 5, 8, 11, 17 oktaybrda Gəncənin başqa ərzilərini də raket atəşinə məruz qoydu, böyük dağıntılar baş verdi, 26 insan şəhid oldu, 127-dən çox sakin yaralandı. 

Qəhrəman Azərbaycan ordusu bütün müharibə qaydalarna, savaş qanunlarına uyğun olaraq xain hücumların elə birinci gününün səhəri işğalda olan Cəbrayıl şəhərini azad etdi. 
 


Bəd xəbərin yanğısına su səpən şad xəbər
 
Gecə bəd xəbər ölkəni sarsıtmışdı, səhər şad xəbər bu sarsıntıya sərin su səpdi. Biz bir ölürüksə, 100 dirilirik. Həmin günlərdə Gəncə sakinlərinin açıqlamaları ox olub düşmənin gözünə girirdi. Evindən şəhid çıxan ana da, "övladım da, özüm də Vətənə qurbandır" deyib başını dik tuturdu.

Erməni vandalları müharibədən kənar ərazilərimizi Yevlaxı, Beyləqanı, Tərtəri, Qəbələni, Goranboyu, Ağcabədini, Xızını atəş altında saxlayanda da azərbayacanlı qəddini əymədi. Raketin üzərinə dik yeriyənlərin son dayanacağı Şuşa olmalıydı, oldu da. 

Hələ oktyabrın 3-də strateji ərazi olan Suqovuşanı işğalda azad etməyimiz düşmənə od qoymuşdu.Terrorçuların hücumlarına qarşı əks-hücumla cavab verməyimizin nəticəsində 27 sentyabrdan başlayan Vətən müharibəsi elə ilk gündə qələbələr yaşatdı bizə. Ali Baş Komandan, Azərbaycan Prezidentinin 27 sentyabrda xalqa ünvanladığı xoş sədalı müraciətini indi də yada salanda gözlərimz sevinc yaşları ilə dolur. Prezident Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərinin, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklərin işağaldan azad edildiyi xəbərini verdi. Gəncə, sənin qisasın qurdla qiyamətə qalmadı, heç bir gün belə keçmədi, terrorçuların atdqları raketlər bumeranqa dönüb, öz başlarına yağdı. Düşmən elə müharibənin ilk günündən sözün əsl mənasında siçan deşiyi axtarırdı. Qəhrəman əsgərlərimiz onları elə siçan deşiyindəcə cəhənnəmə vasil edirdilər. Başqasının torpağına soxulanın son mənzili ancaq cəhənhəm ola bilər. 


 
SİZİN ruhunuz yaşadacağıq, əziz, doğma, cəngavər şəhidlər  
 
Bir il sonra - 2021-ci il oktyabrın 3-də Gəncənin bombardmana məruz qalan ərazilərini ziyarət edəndə ürəyimdən bu fikirlər keçdi. Söylədim, indisə reportaja daha səliqəli şəkildə əlavə edirəm ürəyimdən keçirdiklərimi: 
- Siz ölməmisiz, qəhrəman gəncəlilər. Budur, Qarabağ işğaldan azad olunub. Budur, biz yenə SİZİN ziyarətinizə gəlmişik. Hələ burda müzey tikiləcək, SİZİN əbədiyyətiniz muzeyi ziyarət edənlərin qarşısında məşəl kimi yanacaq. Biz sizi unuda bilmərik. Budur Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT rəhbərləri SİZİN ziyarətinizə gəlib. Ruhunuz qarşısında baş əyirik, bir də Sizin eşitmədiyiniz qələbə xəbərlərini diqqətinizə çatdırırıq, SİZƏ hesabat veririk, ey mələk ruhlu sülh insanları: Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılıb.

Noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu azad olunub. Arxayın olun, bizə ərmağan qoyduğunuz ölkəni biz də gələcək nəsillərə elə qalib kimi təqdim edəcəyik.

Azərbaycan əbədi, xoşbəxt və rahat bir diyar olacaq. Dünya önsuz da fanidir, əsas dövlətimiz və xalqımızdır. Hər ikisi sağdır, sağlamdır, qürurludur, qalibdir, qəhrəmandır. O dünyada rahat olun, SİZİN ruhunuz bayrağımızla yan-yana daim başımız üzərində olacaq. Bizi SİZİN ruhunuz yaşadacağıq, əziz, doğma, cəngavər şəhidlər.  


 
Gəncə Heydər Əliyev Mərkəzində orijinal konfrans
 
Səfər çərçivəsində Gəncə Heydər Əliyev Mərkəzində qeyri-adiliyi, orijinallığı ilə diqqət çəkən konfrans da oldu. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyevin moderatorluğu ilə gerçəkləşən konfrans oktyabrın 4-ü 2020-ci ildə Gəncəyə atılan raketlərdən birinin düşdüyü evdə dağıntılar altında qalan, ordan çıxarılan zaman gülümsəməsi ilə dünyanı heyrətə salan Bəxtiyar Heydərli, anası Lalə Heydərli,  hücumlardan zərər çəkən ailələrdən birinin nümayəndəsi qonaq qismində iştirakı ilə keçirilib. Onlar çıxışlarında həmin günlərdə yaşadıqları dəhşətlərdən söz açdılar. 





Çıxış edən QHT rəhbərləri də Gəncənin qəhrəman şəhər, gəncəlilərin qəhrəman azarbaycanlı olduğuna diqqət çəkib, qazandığımız böyük qələbənin erməni vəhşilərinə ən böyük cavab olduğunu bildirib, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı terror aktı törətməsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi üçün səylə çalışmağın yollarından danışıb, bu mövzuda təkliflər səsləndirdilər. 



Ey beynəlxalq aləm, gözünü yaxşı yaxşı aç
 
Sonda Ermənistanın 1 il öncə Azərbaycanın şəhər və rayonlarına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətə müraciət ünvanladılar. Müraciətin məğzi ondan ibarətdir ki, ay beynəlxalq təşkilatlar, heç olmasa bir dəfə gözünüzü açıb yaxşı-taxşı baxın. Görün, Azərbaycan kimi haqlı ölkəyə qarşı Ermənistan kimi haqsız ölkə hansı səviyyədə vəhşilk törədib. Bu vəhşilik azərbaycanlılara qarşı yox, insanlığa qarşı yönəlib. Siz də insanpərvər olun, səsinizi çıxarın, terrorçuların hüquqi cəza almaları üçün hərəkətə keçin. 

Əks təqdirdə... Bəli, "əks təqdirdə" xəbərdarlığından sonra gələn nöqtələrin yerini bir dəfə doldurmuşuq. BMT-nin "işğala son qoyun" məzmunlu 4 qətnaməsinə terrorçu Ermənistanı məhz Azərbaycan qələbəsi ilə əməl etdirib. Bəs onda siz kimə gərəksiz, beynəlxalq təşkilatlar? Bu sualın cavabının arxasınca düşməyə vaxtımız da yoxdur. Cavabını özümüz də vermək gücündə, əzmindəyik. 

Gəncəyə hücumun cavabında bu əzmi, bu gücü, bu qüdrəti bir dəfə göstərmişik. Min dəfə də göstərə bilərik. 

Gəncəyə hələlik deyib, geri dönürük. Şəhərə daxil olanda Nizami babamızla yaxşı görüşə bilməmişdik, dönəndə məqbərəsini ziyarət etdik. Böyük dahinin nəsihətlərinə həmişə əməl etməyə çalışmışıq. Bu həqiqəti məqbərədəcə Gəncəvinin ruhuna söylədik. 


 
Amalımız Ədalətdir, ədalətdir, ədalət!
 
Belə demişdin, uca Nizami: 
 
- Səbri, hövsələni unudan insan,
Ağıldan, kamaldan açmasın dastan.
Hаqq sözü еşitmək istəməyənlər, 
Аğlını itirib öləcək hədər.
Dünyаyа fаtеh оlmаz zülmkаrlıq, rəzаlət,
Yеr üzünün fаtеhi ədаlətdir, ədаlət.
 
Dediyin kimi yaşayırıq. Ən böyük istəyimiz və amalımız Ədalətdir,  ədalətdir, ədalət!
 
Ceyhun Musaoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31