Avropanın ikili standartlardan əl çəkməsi üçün onu soyuqdan dondurmaq lazım imiş

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İspaniyanı EFE agentliyinə müsahibəsi bir çox məqamlarla yadda qaldı. Belə məqamlardan biri müxbirin Avropa İttifaqı ilə bağlı ünvanladığı suallar idi". Bunu "Olaylar"a deyən politotlq Əlimusa İbrahimovun sözlərinə görə, müsahibədə Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında postmüharibə dövrü fəallığının artması və bu fəallığın Azərbaycan tərəfindən müsbət qiymətləndirilməsi diqqəti cəlb edir: "Qeyd olunmalıdır ki, İlham Əliyev bəlkə də ilk dəfə idi ki, müsahibəsində Avropa İttifaqının fəaliyyətini bu qədər geniş izah edirdi. Azərbaycan Prezidentinin Avropa ittifaqı tərəfindən delimitasiya və demarkasiya sahəsində təqdim etdiyi yardımın müsbət qarşılandığını bildirməsi Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətlə inkişafının ifadəsidir. Görünən budur ki, Aİ əvvəllər yeritdiyi ikili standar və erməniləri dəstəkləmək siyasətindən uzaqlaşmaq istəyir. Təbii ki, bu siyasətin onlara Cənubi Qafqazda möhkəmlənmək üçün heç bir uğur gətirmədiyinin nəhayət fərqinə varıblar. Prezidentin qeyd etdiyi kimi, Ermənistana təqdim olunan yardım paketinin Azərbaycana da verilməsi halında münasibətlərin daha da inkişaf etdirilməsindən danışmaq olardı:" Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit - burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik".  Bəs Avropa İttifaqının Azərbaycana münasibətinin müsbət istiqamətində dəyişməsinə təsir edən amillər nədir?

Təbii ki, ilk yerdə Azərbaycanın son illər regionda yeritdiyi siyasət və bu siyasət nəticəsində respublikamızın regional dövlətə çevrilməsi durur. 44 günlük müharibə Azərbaycanı iqtisadi inkişafının qarşısını alan maneələri aradan qaldırdı və bundan sonra iqtisadi sahədə böyük nailiyyətlərin əldə olunacağı artıq qaçılmazdır. Avropanı regiona qarşı daha da yumşaq siyasət yeritməyə məcbur edən digər amil Azərbaycanın malik olduğu enerji ehtiyatlarıdır. İspaniyalı jurnalistin İlham Əliyevlə müsahibə zamanı bu məsələni qapartması onlar üçün qaz məsələsinin nə qədər həssas olduğunu ortaya çıxarır. Deməli Avropa ölkələri ikili standart və ermənipərəst mövqelərindən əl çəkmək üçün onları soyuqdan donmaq təhlükəsi ilə üzbəüz qoymaq lazım imiş".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31