Zakir Həsənov Gürcüstana yola düşüb
4 Oktyabr 2021 10:44 SiyasətAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.
General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31