İkinci Qarabağ müharibəsinin hər anı tarixdir

"44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşü edən qüdrətli Azərbaycan Ordusu daim irəli getdi, torpaqlarımızı addım-addım, qarış-qarış işğaldan azad etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, rəşadətli Ordumuzun tarix yazdığı günlərdən biri də 4 oktyabrdır. Həmin gün Müzəffər Ali Baş Komandanımız qələbə tvitlərindən birini ataraq Cəbrayılın erməni vandalizminin əsarətindən xilas edilməsi müjdəsini verdi. Bu, eyni zamanda, növbəti strateji nailiyyətlərin anonsu idi: "Bu gün suverenliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda, o cümlədən Cəbrayılda əzəmətlə və qürurla dalğalanır. Heç şübhəsiz,  Cəbrayıl əvvəlki simasına qayıdacaq, Azərbaycanın gözəl guşələrindən birinə çevriləcək. Yaşasın güclü Azərbaycan dövləti, yaşasın Müzəffər Ali Baş Komandanımız, var olsun qüdrətli Ordumuz!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31