İranın dini liderindən TƏHDİDEDİCİ PAYLAŞIM - “Tezliklə şapalaq yeyəcəklər”

 

İran İslam Respublikasının ali dini lideri Seyyid Əli Hüseyni Xamenei son hadisələrə fikir bildirib.

Bu haqda o, Tvitter səhifəsində paylaşım edib.

"Öz qabiliyyətli ilə təhlükəsizliyi təmin edə bilmək bir ölkə üçün böyük bir şərəfdir. Ancaq başqalarına güvənərək öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər bilsinlər ki, tezliklə şapalaq yeyəcəklər", deyə o, qeyd edib.

Xatırladaq ki, Xamenei Şah Məhəmməd Rza Pəhləvidən sonra ikinci ən çox vəzifədə olan İran lideridir.

Mənbə: kanal.az


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31