Arzu Nağıyev: “Bu günki ordunun yaradılmasında Cənab Heydər Əliyevin müstəsna rolu var”
3 Oktyabr 2021 14:56 Siyasət1993-cü il 3 oktyabr tarixində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar Olaylar.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, düşünürəm ki, Ulu Öndər Heydər Əliyev Prezident seçilən vaxt elə bir zəmanəydi ki, həm vaxt, həm də insanlar onun gəlməyinə ehtiyac duyurdu. Təsəvvür edin, xaotik bir vəziyyət yaranmışdı. Hətta ölkə feodallığa bürünmə qorxusunun qarşısında idi. İstər cənubdan, istər şimaldan, ümumiyyətlə Azərbaycanda elə bir vəziyyət yaranmışdı ki, dövlətin suverenliyinin, eyni zamanda müstəqilliyinin itirilməsi qorxusu vardı.
" O dönəmdə dövlətimiz müxtəlif şəxslər, siyasi qüvvələr , xarici xüsusi orqanlar tərəfindən bölünmə ərəfəsindəydi. Məhz belə bir vaxtda Cənab Heydər Əliyevin hakimiyyətə gəlməsi, Prezident seçilməsi, xalq tərəfindən dəstəklənməsi, çox mühüm əhəmiyyət kəsb edirdi. İlk növbədə Qarabağ məsələsinin, iqtisadi problemlərin həlli, siyasi məsələlərdə stabilliyin yaradılması çox vacib məsələlərdən biri idi. Əsas məqam da ondan ibarət idi ki, məhv olan hərbimizi dirçəltmək üçün "Əsrin müqaviləsi"nin imzalanması labüd idi. "Əsrin müqaviləsi" imzalandı. Heç bir dövlət inanmırdı ki, Azərbaycan öz neftini Avropaya və digər istiqamətlərə çıxara bilər. Konsorsiumun yaradılması çox uzun məsələydi.
Sonradan o gəlirdən ordu quruculuğunda və digər istiqamətlərdə istifadə olunurdu. Bu günki ordu yaradıldı. Təbii ki, burada Cənab Heydər Əliyevin müstəsna rolu var. Siyasi məsələlərə gəldikdə isə, bütün dövlətlərlə əlaqələr yarandı. Heydər Əliyev hər bir dövlətin maraqlarına uyğun olaraq danışıqlar aparırdı. Beynəlxalq təşkilatlarda Azərbaycan öz çəkisini göstərməyə başladı və atəşkəsə nail oldu. Atəşkəs müddətində də biz dinc quruculuq işləri ilə məşqul olaraq ordunun yaradılmasına nail olduq. Sonradan daxildə olan proseslərə nəzarət olundu. Müxtəlif qüvvələrin Azərbaycan hakimiyyətinə qarşı olunmasının qarşısı alındı. Bir varis olaraq Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin davamçısı oldu. Onun qoyduğu siyasəti həyata keçirərək ciddi siyasət yürütdü. Bu gün bu siyasətin nəticəsində Ali Baş Komandan qətiyyətli addım ataraq Zəfər qələbəsi əldə etdik. Dağlıq Qarabağ münaqişəsi birdəfəlik həll oldu. Ərazi bütövlüyümüz bərpa olundu. Bu proseslərin hamısının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur"