Politoloq: “Xankəndi məsələsi Minsk qrupu formatına çıxarılmayacaq”
5 May 2021 13:10 Siyasət"Fransanın Ermənistandakı səfirinin bəyanatı bir neçə gün əvvəl Makron və Putin arasında müzakirə edilən mövzular arasında Parisin yaydığı informasiyanın doğruluğunu göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, bir tərəfin məsələni publikaya açıqlamamasına baxmayaraq, aydındır kı, ortada Paris və Moskva arasında Qarabağla bağlı yeni danışıqlar var: "Azərbaycan tərəfinin mövqeyi bəllidir. Xankəndi bizim daxili işimizdir və bu məsələ Minsk qrupu formatına çıxarılmayacaq. Minsk qrupu yalnız Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını tezləşdirmək üçün təkliflər edə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31