Ermənistanda seçki “şousu” davam edir

Ermənistanda seçkiqabağı kompaniya, daha doğrusu bir neçə gün bundan əvvələ qədər Baş Nazir, indi isə Baş Nazirin "vəzifələrini həyata keçirən" Nikol Paşinyan və onun nəzarəti altındakı müxalif qüvvələrin  qurduğu seçki şousu davam edir."Olaylar" xəbər verir ki, politoloq Əlimusa İbrahimov bildirib ki, bu səhnə çərçivəsində 3 mayda Ermənistan parlamentində formal olaraq yeni Baş Naziri seçməyə cəhd etdilər. Formal olaraq ona görə ki, siyasi qüvvələr yeganə namizəd-Baş Nazir vəzifələrini həyata keçirən Nikol Paşinyanın tələb olunan miqdarda səs toplaya bilməməsi ilə əlaqədar razılığa gəlmişdilər. İndiki mərhələdə yeni Baş Nazirin seçilməsi ssenariya daxil edilməyib. Paşinyanın məhz növbədənkənar parlament seçkilərində səs çoxluğu ilə qalib gələrək Baş Nazir seçilməsini nəzərdə tutur onların qurduğu plan. Buna görə də Paşinyan indiki mərhələdə Parlament kürsüsünü özünü təbliğ etməkvə müxalifəti gözdən salmaq üçün istifadə edir: "Müxalif qüvvələr içində iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyana qarşı çıxarıla biləcək potensial namizəd isə hələ gözə dəymir. Nikol Paşiniyanın Baş Nazir postundan könüllü istefasından və " Baş Nazir vəzifəsini icra edən" ləqəbini götürməsindən  sonra  parlament iki dəfə yeni Baş Naziri seçməyə cəhd etməli və seçə bilməməlidir. Bundan sonra konstitusiyaya uyğun olaraq ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır. Amma Ermənistanda bu dəfə də vəziyyət "ermənisayaq" alındı : Əvvəl növbədənkənar parlament seçkilərinin vaxtı müəyyən olundu, sonra Baş Nazir " istefa" verdi , indi isə onu " seçməməyə" çalışırlar. Hazırda Erməni parlamentarilər məhz bu "oyunla" məşğuldurlar. Teatr Ermənistan konstitusiyasının tələblərinə uyğun deyil, Paşinyan və tərəfdarlarının qurduğu ssenari çərçivəsində aparılır. Bu ssenariyə əsasən may ayının 10 -u üçün nəzərdə tutulan parlament iclasında da yeni Baş Nazir seçkisi "nəticəsiz" nəticələnəcək. Bu vəziyyət Paşinyanın Ermənistan konstitusiyasına etdiyi "əlüstü" düzəlişlər nəticəsində mümkün oldu. Son "səhnə" zamanı 75 deputat " bitərəf" qalıb, 3 nəfər yeni Baş Nazirin seçilməsinin  əleyhinə, bir nəfər isə  lehinə səs verib. Səs vermədə iştirak edən deputatların hamısı birmənalı olaraq hakimiyyətdə olan "Mənim addımım" blokuna daxildir. "Çiçəklənən Ermənistan" partiyası iclasıda iştirak etməkdən imtina edib, "Ziyalı Ermənistan" partiyası isə səs verməyib. Müxalif partiyalar daxilində fraksiyalardan birinin namizəd çıxaracağı haqqında danışıqlar getsə də, mayın 3-də keçirilən iclasda bu baş vermədi. Bununla onlar Paşinyanın planına mane ola bilməsələr də heç olmasa diqqəti özlərinə çəkmək istəyirdilər. Amma Nikol Paşinyan elə iclasın başlanğıcında  bu fikirdə olanlara ciddi xəbərdarlıq etdi: Əgər formal olsa belə,ondan başqa namizəd ortaya çıxarsa "Mənim addımım" fraksiyasının  öz namizədini- yəni onu Baş Nazir seçməsi qaçılmazdır".

Onun sözlərinə görə, görünən budur ki, iyun ayının 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinin" taleyi" Nikol Paşinyan və onun tərəfdarlarının əlindədir: "Eyni zamanda, onlar bu seçkiyə qədər də Nikolu yenidən Baş Nazir seçə bilərdilər. Elə isə növbədənkənar seçki "şousunu" səhnələşdirməkdən məqsəd nədir? Növbədənkənar seçkinin keçirilməsi haqqında qərarın qəbul edilməsinin  səbələri müxtəlifdir və onlar haqqında uzun-uzadı danışmaq olar. Təfəvvürata varmadan bu çoxgedişli kombinasiyanın  bir səbəbini açıqlayaq: Paşinyan seçkinin keçiriləcəyi günə qədər qalan müddətdə parlament kürsüsündən özünü təbliğ etmək və ona qarşı dayanan qüvvələri gözdən salmaq  üçün istifadə edəcək. Mayın 3-də olan iclas zamanı biz bunun bir daha şahidi olduq. Paşinyanın əzəli və əbədi düşmənləri olan Qarabağ klanı və bu klanın ən öndə gedən nümayəndələri hesab olunan keçmiş prezidentlər  Robert Koçaryan və Serj Sarqsyana qurtuluş yoxdur. Onların bu seçki zamanı kitablarının tam bağlanması üçün çox ciddi işlər gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31