Tural Gəncəliyev: “Bizim əsas vəzifəmizi Qarabağa ləyaqətli qayıtmaq və orada yaşayışı təmin etməkdir”
4 May 2021 12:01 Siyasət"Ölkə olaraq bizim əsas vəzifəmizdən biri Qarabağa ləyaqətli qayıtmaq və orada yaşayışı təmin etməkdir"."Olaylar" xəbər verir ki, bunu parlametin iclasında çıxış edən deputat Tural Gəncəliyev bildirib. Deputatın sözlərinə görə, orada görüləcək əsas iş xüsusilə Rusiya sülhməramlıları olan ərazilərə köçürüləcək gənclərin təhsil səviyyəsini yüksəltməkdir: "Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb. Amma orada olan məktəb yararsız vəziyyətdədir. Qeyd etdiyim məktəbə dəyərləndirmə komissiyasının köçürülməsini və Xankəndiyə qayıdana qədər orada yaşayan xankəndililərə yeni məktəb binası verilməsini təklif edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31