Politoloq: "Ermənistanda hakimiyyət dəyişikliyi olsa da, danışıqlardan və 10 noyabr razılaşmasının müddəalarından  uzaqlaşmayacaq"

Ermənistan nə qədər biabırçı məğlubiyyət kaputilyasiyasına imza atsa da, ölkədə nə qədər iqtisadi çöküş və  ciddi demoqrafik böhran yaşansa da Ermənistan əhalisi uzun illər ərzində Sarkisyan, Koçaryanın ölkəni məhv etdiyinin fərqinə varıb. Buna görə də hələ ki Paşinyana səs verilir. 

Bu sözləri "Olaylar.az"a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

Tural bəy, sizcə, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində Paşinyanın qazanmaq şansı nə yerdədir? Bununla bağlı hansı fikirlər var?

- Ermənistanda növbədənkənar parlament seçkilərində Paşinyanın qələbə qazamağı ilə  bağlı ictimai sorğuların nəticələri var. Dünya üzrə məşhur sosioloji sorğu şirkəti olan "GALLUP İnternational" şirkətinin keçirdiyi iki sorğu və  digər ictimai rəy sorğularının nəticələri göstərir ki, Ermənistan nə qədər biabırçı məğlubiyyət kaputilyasiyasına imza atsa da, ölkədə nə qədər iqtisadi çöküş və  ciddi demoqrafik böhran yaşansa da, Ermənistan əhalisi uzun illər ərzində Sarkisyan, Koçaryanın ölkəni məhv etdiyinin fərqinə varıb. Buna görə də  hələ ki, Paşinyana səs verilir. 

Ermənistanda hazırda çox qəribə siyasi xaos və qarşıqlıq var. Seçki yekunlaşmamış tam nəsə demək  doğru deyil.

- Bu baxımdan keçirilən rəy sorğuları növbədənkənar rəy sorğuları parlament seçkilərində Paşinyanın qələbə qazanacağını güman etməyə əsas verir. Lakin Ermənistanda hazırda çox qəribə siyasi xaos və qarşıqlıq var. Seçki yekunlaşmamış tam nəsə demək  doğru deyil. Nəzərə almaq lazımdır ki, Paşinyana qarşı  təkcə  siyasi müxalif bloklar formalaşmayıb, eyni zamanda, generalitet və hərbi komandanlıq içərisində də ciddi müxalif qruplar var. Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Onik Qasparyan vəzifədən uzaqlaşdırdıqdan sonra  İrəvan səmalarına qırıcıların yüksəlməsi, Paşinyanın ötən həftələrdə Azərbaycanla sərhəd olan bölgələrə səfəri zamanı  həmin  bölgələrin  yerli məmurları  tərəfindən Paşinyanın  söyüş və təhqir kompaniyasına məruz qalması da məlumdur.  Bu hadisələrin Ermənistanda əvvəldən praqnozlaşdırıldığı  kimi olmama ehtimalını da ön plana çəkir.

Bu baxımdan belə deyə bilərik ki, 80 faiz Paşinyanın qələbə  qazanacağını söyləmək mümkündür. Lakin Ermənistanda xarici qüvvələrin təsiri  ilə ölkə daxilində böhran vəziyyətinin dərinləşməsi, Nikol Paşinyanın hakimiyyətdən getməsi ssenarisi də nəzərdən qaçmamalıdır.

Politoloqun sözlərinə  görə, Ermənistanda hakimiyyət dəyişikliyi olsa da, Ermənistan danışıqlardan və 10 noyabr razılaşmasının müddəalarından  uzaqlaşmayacaq. Çünki bu saziş fərdlər arasında deyil,  Azərbaycan - Rusiya- Ermənistan dövlətləri arasında imzalanıb.

- Nikol Paşinyan hazırda nəqliyyat infrastruktur dəhlizlərinin açılmağının tərəfdarıdır. Paşinyanın 10 noyabr bəyanatından sonra verdiyi açıqlamalarda da, əslində bundan sonra iqtisadi və ticari əlaqələrin güclənməsinin labüdlüyünü vurğulayır. Əgər Nikol hakimiyyətdən gedərsə və  iqtidara başqa qüvvə  gələcəksə, bu qüvvənin hansısa revanş və təxribat törətmək ehtimalı ilə bağlı onu qeyd edə bilərəm ki, 10 noyabrda imzalanan saziş   Azərbaycan - Rusiya- Ermənistan dövlətləri arasında imzalanıb. Yəni bu, fərdlər arasında imzalanan saziş deyil. Paşinyan hakimiyyətdən gedərsə, onun yerinə gələn qüvvənin dedikləri olmayacaq. Bu baxımdan  10 noyabr sazişinin müddəalarına əməl etmək Ermənistanın borcudur. Hansı  siyasi  qüvvənin hakimiyyətdə olmasından asılı olamayaq Ermənistan hər hansı təxribata əl atacaqsa, cənab Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycanın növbəti dəfə dəmir yumruğunu  görməsi ilə nəticələnəcək. Mən düşünmürəm ki, hakimiyyət dəyişikliyi olsa belə Ermənistan danışıqlardan və 10 noyabr razılaşmasının müddəalarından  uzaqlaşsın.

Çünki 10 noyabr razılaşmasının müddəalarına əməl etməmək təkcə Azərbaycan və Türkiyəyə qarşı  gəlmək deyil, Rusiya və sülhməramlı funksiyasını yerinə yetirən siyasi hərbi komandınlığına da üsyan hesab olunacaq.

Bu baxımdan Ermənistanın hazırkı iflic vəziyyəti onu göstərir ki, uzun illər ərzində Ermənistanda hakimiyyətdə kimin olmağından asılı olmayaraq Ermənistan hansısa Azərbaycan və Türkiyə əleyhinə  irimiqyaslı kompaniyada iştirak edə bilməyəcək. Bunun üçün nə Ermənistanın insan kapitalı, nə də digər resursları mövcuddur. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31