Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə birinci hava limanı sentyabrda istismara veriləcək

Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı sentyabrda istismara veriləcək.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev aprelin 28-də "Boeing Commercial Airplanes" Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edərkən deyib.

Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...

Stenli Dil: Tikilməkdədir?

Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.

Stenli Dil: Bilirəm, bu, çox vacibdir.

Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.

Stenli Dil: İşlər çox sürətlə gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31