Rusiya üçtərəfli bəyanata əməl etmir

Forpostu kimi ağası da 10 niyabr bəyanatına əməl etməkdən, onun tələblərini həyata keçirməkdən yayınmağa çalışır. Baxmayaraq ki, üçtərəfli bəyanatda hər üç tərəf, Azərbaycan, Rusiya və Ermənistan öz üzərinə müəyyən öhdəliklər götürüb, ancaq görünən odur ki, rəsmi Bakıdan başqa nə Moskva, nə də İrəvan üzərinə götürdüyü öhdəliyə əməl etməyə tələsmir. Bu azmış kimi həm Rusiya, həm də Ermənistan regionda yaranmış kövrək sülhə mane olmağa, yenidən bölgədə gərginlikj yaratmağa çalışır. Hər halda Ermənistanda artan revanşist çıxışlara Kremlin və onun rəhbərinin səssiz qalması, sabitliyinj pozulmaması üçün Putin adminstrasiyasının Paşinyan hökumətindən bəyanat əməl etməyi tələbini irəli sürməməsi onu deməyə əsas verir ki, şimal qonşumuz da bu və ya digər formada Qarabağda yenidən gərginliyin baş qaldırmasında maraqlıdır. Rusiyanı 44 günlük Vətən müharibəsinin sonucu olaraq düşündürən yalnız o idi ki, sülhməramlı missiya adı altında öz işğalçı ordusunu Qarabağda yerləşdirsin. Əks təqdirdə Rusiyanın "sülhməramlı"  Qarabağda həqiqi sülhün əldə edilməsi üçün çalışardı, əksinə sabitliyin, kövrək sülhün pozulması üçün deyil.

Cərəyan edən proseslər onu deməyə əsas verir ki, Rusiya yenidən Qarabağ münaqişəsi terminini gündəmə gətirməkdə israrlıdır. Əks təqdirdə Kreml rəhbəri bir neçə gün əvvəl fransalı həmkarı Makronla görüşüb Qarabağ məsələsini müzakirə etməzdi. Əgər Azərbaycan Prezidenti Cənab İlham Əliyev deyirsə ki, Qarabağ münaqişəsi bitdi, artıq münaqişə termini yoxdur, bunun qarşılığında isə Rusiya rəhbəri fransalı həmkarı ilə Qarabağ münaqişəsi adı altında müzakirə aparırsa, deməli Moskva yenidən hansısa oyunun peşindədir. Daha doğrusu Rusiya Qarabağda erməni maraqlarına cavab verən seenari axtarışındadır. Elə politoloq Məhəməd Əsədullazadə də bu qənaətdədir. O deyib ki, Rusiya Qarabağda sülhməramli fəaliyyətindən əlavə, prosesə Fransanı cəlb etmək üçün fəaliyyətə başlayıb. Çünki, Rusiya masada təkdir və Fransanı yanına almaqla çalışacaq Azərbaycan Türkiyə tandeminə qarşı mübarizə aparsın: "Əsas hədəf status məsələsini gündəliyə gətirmək, problemi qaldırmaqla öz rolunu artırmaqdır. Bununla Rusiya tərəfi Azərbaycanı KTMT və Avrasiya İttifaqına cəlb etmək üçün əlində bir təzyiq kimi istifadə edəcək". 

Politoloq qeyd edib ki, prezident V.Putinin fransalı həmkarı E. Makronla telefon danışığında Qarabağ məsələsini müzakirə etməsi son vaxtlar Türkiyə və Azərbaycanla əlaqələrində yaşanan siyasi soyuqluqdan qaynaqlanır: "Rusiya daima Türkiyə və Azərbaycanla əlaqələri yüksək səviyyədə olmayacaq. Müəyyən bir narazılıq yaranan təqdirdə Kreml Qarabağ məsələsindən Azərbaycana qarşı təzyiq kimi istifadə edəcək. Belə bir təzyiq  Fransanı prosesə cəlb etməklə "status" məsələsini qaldıracaqlar və danışıqları gündəmə gətirəcəklər. Halbuki Rusiya çalışırdı ki, Paris ilk gündən prosesdən kənar qalsın.  Rusiya bununla göstərmək istəyir ki, münaqişə bitməyib. Halbuki Azərbaycan münaqişənin bitdiyini elan edib. Amma, Rusiya bununla Azərbaycana mesaj vermiş olur ki, istədiyim vaxt digər ölkəni cəlb etməklə prosesi böhrana gətirəcəm.

Demək, Azərbaycan üçün yeni bir böhranlı proses başlaya bilər. Fransa bu məsələdə Rusiya ilə  aktiv şəkildə fəaliyyətə keçib, Qarabağda erməni separatçılarına dəstək verəcək. Təbii ki, Kreml Fransanı müəyyən bir məsafayə qədər qarışmasına icazə verəcək. Buna baxmayaraq Fransa və Rusiya arasında Qarabağ müzakirəsi separatizmi qabartmağa xidmət edir. Bu da Rusiyanın sülhməramlı fəaliyyətinin fiaskosudur".

Məhəmməd Əsədullazadə bildirib ki, Fransanın Azərbaycana qarşı bu məsələdə təxribatları davam edir: "Fransa senatının üzvləri hətta separatçıların müstəqilliyinin tanınmasını irəli sürüblər.  Azərbaycan Fransaya nota verməli və Minsk qrupunun yenidən dirçəlişinə razılıq verməməlidir. Rusiyanın bu kimi fəaliyyətinin qarşısının alınması üçün Moskva ilə sistemli şəkildə danışılmalıdır. İlk növbədə Laçın dəhlizində post qoymaq üçün hərəkətə keçmək lazımdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31