Kaliforniya senatoru üzr istəsin! - Baş Konsulluq
27 Aprel 2021 13:36 SiyasətABŞ-ın Kaliforniya ştatının senatoru Entoni Portantino daşnakları, irqçiliyi dəstəklədiyinə və etnik zorakılığa çağırış etdiyinə görə üzr istəməlidir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycanın Los-Ancelsdəki Baş konsulluğunun "Twitter" səhifəsində yazılıb.
Qeyd olunub ki, senator Los-Ancelesdə Azərbaycan bayrağına bürüdülmüş manekenin "edam" olunması mərasimində iştirak edib.
Baş konsulluq bu addımın utancverici olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31