Deputat: “Baydenin yuxudan ayılmasına böyük ehtiyac var”

"ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Co Baydeni yuxulu Co adlandırırdı. Doğrudan da Baydenin yuxudan ayılmasına böyük ehtiyac var". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, biz ABŞ-ın bu mövqeyini daha öncə də görmüşdük: "ABŞ erməniərin Azərbaycan torpaqlarını işğal etməsinı, azərbaycanlılara qarşı soyqırımlara heç bir münasibət bildirmədi. Əksinə Azərbaycan 90-cı illərdə bəzi torpaqlarını azad edəndə 807-ci düzəlişi etdilər". Q.Həsənquliyevin sözlərinə görə, Baydenin yaşının elə dövrüdür ki, o, ancaq dünyada sülh üçün çalışmalıdır: "Əgər onlar Paşinyana dəstək vermək istəyirdilərsə, bunu başqa cür edə bilərdilər. Fransa senatının açıqlamaları, Baydenin bu çıxışı göstərir ki, artıq onlar vasitəçilik missiyasını itiriblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31