Spikerdən Fransa Senatının sədrinə sərt reaksiya
27 Aprel 2021 11:28 Siyasət"Bu günlərdə Fransa senatının sədri Azərbaycana qarşı əsassız iddalar irəli sürüb". "Olaylar"ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, əgər senat sədri ədalətli mövqe tutsaydı, Azərbaycanın kəndlərinin, şəhərlərinin, müqəddəs yerlərin Ermənistan tərəfindən yerlə-yeksan edilməsinə göz yummazdı: Çox təəssüf ki, indi Fransa senatının sədri belə qızışdırıcı bəyanatlar verir. Türkiyə dövlətinin qərarı ilə Osmanlı dövlətinin arxivləri açılıb. Arzu edən istər erməni tarixçilər, istərsə də digərləri bu faktlarla tanış ola bilər. Lakin ermənilər bundan imtina edir. Azərbaycan cəmiyyəti və Azərbaycan Prezidenti qardaş ölkənin yanındadır. Azərbaycan XİN bu məsələ ilə bağlı qəti mövqeyini bildirib. 48 siyasi partiya bu məsələ ilə bağlı etiraz bəyanatı yayıb".