Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntülər paylaşıb - VİDEO - FOTO

 

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində azad olunmuş ərazilərə səfərdən görüntü paylaşıb.

Paylaşımda deyilir:

"Əziz həmvətənlər,

İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31