44 günlük müharibə zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri araşdıran komissiyanın işi başa çatıb - Mustafa Şentop
26 Aprel 2021 16:05 Siyasət44 günlük müharibə zamanı Ermənistanın törətdiyi hərbi cinayətləri araşdıran komissiyanın işi başa çatıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
O bildirib ki, komissiyanın fəaliyyəti 5 aya yaxın müddətdə davam edib: "Azərbaycanın torpaqları olan Qarabağda Ermənistanın başladığı və 2020-ci ilin noyabrında Azərbaycanın zəfərlə bitirdiyi müharibə zamanı Ermənistanın törətdiyi cinayətlərin hər biri qeydə alınıb və araşdırılıb".
Şentop əlavə edib ki, bu hesabat dünya ictimaiyyətinin diqqətini cəlb edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31