Musa Qasımlı: “Bu hərəkət regionda barışa deyil, qızışdırıcılığa xidmət edir”

"Kimin söyləməsindən asılı olmayaraq ifadələr, cümlələr, bəyanatlar gerçək tarixi dəyişdirə bilməz. "Erməni soyqırımı" olmayıb və uydurmadır! ABŞ Prezidenti C. Bayden  heç bir hüquqi qüvvə daşımayan, yalnız sırf siyasi məqsədlərdən ötrü  "erməni  soyqırımı" ifadəsini işlətməklə amerikalıların fəxrlə danışdığı ədalət prinsipini dəfn etdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, bu da ədalətdən, demokratiyadan dəm vuranların mövqeyi: "Belə "ədalət" və "demokratiya" heç kimə nümunə ola bilməz! Bu hərəkət regionda barışa deyil, qızışdırıcılığa xidmət edir. Ondan ilk növbədə ABŞ və ermənilər ziyan görəcək! Ermənilərin 1918-ci ilin martında Bakıda və 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımılarını görməyən şəxslərin 106 il əvvəlin yalanını siyasiləşdirmələrinin adı nədir?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31