Ermənistanın məkrli siyasəti və  havadarların “ikili standartları”

Yaranışı və varlığı saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi məqam düşdükcə Türkiyə və Azərbaycana qarşı müxtəlif təxribatlara əl atıb. Erməni tarixçilərindən tutmuş siyasətçiləri və din xadimlərinə qədə birmənalı olaraq onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Fitnəkar ermənilərin bu cür addımların arxasında Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin "Qərbi Ermənistan" adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, eləcə də Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür. Daha dəhşətlisi odur ki, hazırda ermənilərin bu ikili siyasəti onların havadarları tərəfindən də dəstəklənir. ABŞ Prezidenti Co Baydenin uydurma soyqırımı ifadəsinin işlətməsi buna bariz nümunədir. Millət vəkili Sahib Alıyev bildirib ki, ABŞ Prezidenti Baydenin uydurma hay soyqırımını təsdiqləməsi nə onun ölkəsinə, nə də "soyu qırılmışlar"a yaxşı nəsə vəd edir. Bu, Ermənistandakıları türk düşmənçiliyinə bir az da həvəsləndirəcək və nəticədə onların Amerikanın heç istəmədiyi dövlətdən asılılıqlarını daha da artıracaq: "Türkiyədə izinsiz yaşayan 100 mindən artıq "soyu qırılmışlar"ın indən sonra orada qalıb işləmələri də artıq sual altındadır. Və cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığından, eləcə də Xarici İşlər Nazirliyimizin operativ reaksiyasından da görünür ki, rəsmi Vaşinqtonun bu çərçivəsiz davranışı təkcə Türkiyə-ABŞ deyil, Azərbaycan-ABŞ əlaqələrinə də təsirsiz ötüşməyəcək. İraqı yalandan kütləvi qırğın silahına yiyələnməkdə suçlandıran və kütləvi qırğın silahından ilk istifadə edən bir ölkənin başçısının "haylar soyqırımına uğrayıb" deməsi tamamilə təbiidir. Amma Xocalıda törədilən vəhşiliyi görməzdən gələn ABŞ-ın bu hərəkətləri onun Minsk qrupuna həmsədrlik etmək üçün heç bir mənəvi haqqının olmadığını növbəti dəfə və daha əsaslı şəkildə ortaya qoyur. Həm də onu ortaya qoyur ki, rəsmi Vaşinqton bizim regionda sülhün yaranmasında yox, qarşıdurmanın qalmasında maraqlıdır".

Qazi-hüquqşübas Vüqar Dadaşov hesab edir ki,  ABŞ ümumiyyətlə "soyqırım" ifadəsindən imtina etməlidir: "ABŞ Prezidenti Co Bayden 1915-ci il Osmanlı Türkiyəsində  baş vermiş hadisələri "soyqırım" adlandırıb və məlumat  Ağ Evin rəsmi saytında yerləşdirilib. Bu ifadəni işlədən Co Bayden, 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reyqandan sonra 2-ci ABŞ prezidenti oldu. Ümumiyyətlə Co Baydenin ifadəsi Ronald Reyqanın ifadəsi kimi, heç bir hüquqi gücə malik olmasa da Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. Tarixi saxtalaşdırmaq və tarixi faktları siyasiləşdirmək insanlıq tarixinə ancaq ləkədir və dünyada sülhə təhlükə mənbəyinə çevrilir, yeni müharibələr üçün əsas yaradır. Co Baydenin belə bir ifadədən istifadə etməsi faktının özü müasir Türkiyənin güc mərkzlərindən biri olduğunun,  ABŞ-ın özünün dünya hegemonu kimi, Türkiyəyə təsir imkanlarının zəifliyinin sübutdur və  müasir Türkiyənin gücünün, nüfuzunun dolayı etirafıdır. Əslində Bayden borclu olduğu erməni lobbisinə baş əyməklə ABŞ -ın dövlət maraqlarını qurban verdi və olduqca böyük siyasi səhv buraxdı, başlıcası isə Rusiya ilə Türkiyəni daha da sıx əməkdaşlığına əsas və zəmin yaratdı". Onun sözlərinə görə, Rusiya özü 1915-ci ildə Ösmanlı Türkiyəsində baş vermiş hadisələri rəsmən "soyqırım" kimi tanısa da, ABŞ prezidenti Co Baydenin bu ifadəsindən sonra Rusiya ictimayyətinin ən nüfuzlu şəxsi Rusiya Patriarxı Kiril Osmanlıda nəinki ermənilərə, umumən  xristianlara qarşı heç bir "soyqrımın" olmadığını dilə gətirdi, Türkiyəni dəstəklədi: "O ki, qaldı ABŞ-a, onun özünün tarixi o qədər ləkəlidir ki, saymaqla bitməz. Təkcə ABŞ xarici dövlət başçılarına qarşı 60-dan yuxarı sui-qəsd törədib, İslam dünyasını viran qoyub, müsəlmanların soyqrımını törədib Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Somalidə, Yəməndə və sair... ABŞ dövlətinin təməli isə tarixi fakt kimi qəbul edilmiş "Hindu soyqırımı" üzərində qurulmuşdur. Bu həmin ABŞ-dır ki, 16 milyon  yerli əhalini nəslini kəsmiş, demoqrafiq boşluq yaratmışdır. Hətta 8 sentyabr 2000-ci ildə ABŞ-da Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir. ABŞ dövlətinin əsl simasını Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir: "Ən yaxşı hindi, ölü hindidir."  Odur ki, ümumiyyətlə ABŞ "soyqırım" ifadəsindən utanmalı və bu ifadəni işlətməməlidir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31