Zəngəzurdakı mövqelər Azərbaycana təhvil verilir? – Ermənistan MN-dən açıqlama
26 Aprel 2021 10:52 Siyasət"Son saatlarda sosial şəbəkələrdə mövcud Ermənistan hakimiyyətinin əmri ilə Ermənistanın cənub-şərqindəki (Zəngəzur- red.) birtərəfli strateji mövqelərin Azərbaycan silahlı qüvvələrinə təhvil verilməsi ilə bağlı videogörüntü yayılıb".
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
"Yayılan məlumatlar tamamilə yalandır. Ermənistan Silahlı Qüvvələri Azərbaycan tərəfinə heç bir mövqe təhvil verməyib", - deyə açıqlamada qeyd edilib.
Nazirlik yerli kütləvi informasiya vasitələrini "etibarsız" məlumatları yaymaqdan çəkinməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31