Əlimusa İbrahimov: “Baydenin bu qərarı ermənilər üçün yaxşı bir şey vəd etmir”

"Amerika Prezidenti Bayden məlum qərarını açıqlamazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Təyyip Ərdoğana zəng edərək iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edərək iyun ayında NATO-nun tədbiri çərçivəsində görüşmək haqqında razılaşmışlar. Məlumatlı mənbələr Baydenin ermənilərin uzun müddət Amerika prezidentlərinin dilindən eşitmək istədikləri kəlməni ifadə etməyi planlaşdırdığını da  Türkiyə prezidentinə bildirdiyini vurğulayırlar". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, amma nəzərdən qaçırılır ki, əslində Bayden Türkiyə prezidentini qəbul edərsə, Amerikanın Yaxın Şərqdə siyasətinə yardım etmək - yəni Kürd dövlətinin yaradılmasına razılıq vermək, İsraillə əlaqələri normallaşdırmaq, İrana qarşı mübarizədə Amerikanın yanında olmaq və Rusiya ilə silah sahəsində əməkdaşlıqdan əl çəkmək müqabilində bu kəlməni işlətməyəcəyini bildirib.  Onun bildirdiyinə görə, ermənilər uzun müddət uğrunda mübarizə apardıqları və yolunda milyardlar xərcləri kəlmənin Amerika prezidentinin dilindən səslənməsinə heç də sevinən kimi görünmürlər: "Erməni olsalar da başa düşürlər ki, Bayden bu kəlmə ilə yenicə düzəlməkdə olan Türkiyə-Ermənistan, Türkiyə - Azərbaycan münasibətlərinə ciddi zərbə vurdu. Onlar amerikanın zəruri halda  Gürcüstan və Ukraynanın yanında olduğu qədər də Ermənistanın yanında olacağı həqiqətini dərk edirlər. Baydenin bu qərarı heç Ermənistan-Rusiya münasibətləri baxımdan da ermənilər üçün yaxşı bir şey vəd etmir. Rusiyada bu qərarın Ermənistanı ondan uzaqlaşdırmaq üçün edildiyinin fərqindədirlər. Co Baydenin Putin haqqında ağzından qaçırdığı  " qatil" kəlməsinin əvəzini Ermənistandan çıxacağı heç də təəccüblü olmazdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31