Baydenin soyqırımı ifadəsindən istifadə etməsi nə ilə bağlıdır?
26 Aprel 2021 10:28 SiyasətZaur Məmmədov: "Azərbaycana olan çağırışlar bəlli olmağa başlayır..."
"Baydenin soyqırımı ifadəsindən istifadə etməsi erməni diasporası ilə deyil, geosiyasi məsələlərlə, daha dəqiq, Türkiyə və Rusiya faktoru ilə bağladır. Məsələ burasındadır kı, Qərb Avrasiyanın yeni meqalayihəsi olan Zəngəzur - İstanbul kanalı nəqliyyat qovşağının Rusiyanın və Türkiyənin nəzarəti altında olmasına barışmayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Zaur Məmmədovun sözlərinə görə, ABŞ Avrasiyanın orta xətt nəqliyyat xəttini Pekin- Moskva - Ankara ilə bölüşmək fikrində deyil. Bayden soyqırım terminini ortaya atmaqla erməni məsələsini aktuallaşdırmağa çalışacaq: "Dünən digər maraqlı xəbər Parisdən gəldi. 24 apreldə Fransa senatının spikeri və Fransanın Avropa işləri üzrə dövlət katibi Qarabağla bağlı qırmızı cizgini keçən bəyanat verdilər. Belə ki, Fransanın yüksək dövlət məmurları Dağlıq Qarabağın müstəqilliyinin Fransa hökuməti və bütün Aİ dövlətləri tərəfindən tanıdılması üçün əllərindən gələni edəcəklərini bəyan etdilər. Azərbaycana olan çağırışlar bəlli olmağa başlayır...".