Politoloq: “Deyəsən biriləri yenə başlarında qapaz görmək istəyir”
22 Aprel 2021 13:45 SiyasətErmənistan Azərbaycanla sərhəddə təxribatlar törədib. "Olaylar" xəbər verir ki, hadisəyə münasibət bildirən politoloq Zaur Məmmədli qeyd edib ki, Xankəndindəki separatçılar və Ermənistan tərəfi hadisəni əksinə şərh edirlər: "Deyəsən biriləri yenə başlarında qapaz görmək istəyir". Qeyd edək ki, aprelin 21-də axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib. Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər".