Qondarma erməni soyqırımı uydurmadan başqa bir şey deyil

Əslində isə soyqırıma məruz qalan türklər olub

Əslində isə soyqırıma məruz qalan türklər olub

Ermənilər tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı mütəmadi olaraq dünyanın gündəmə gətirməklə ondan siyasi məqsədlər üçün istifadə edirlər. Əslində ermənilər müəyyən mənada bu məsələdən qismən də olsa yararlana biliblər. Məsələ orasındadır ki, ermənilərin apardıqları təbliğat nəticəsində ayrı-ayrı ölkələrin parlamentində deputatlar əl qaldırıb-endirməklə tarixdə heç biz zaman olmayan uydurma "soyqırımı"nın guya olduğu barədə sənədlər qəbul edirlər. Artıq Azərbaycan xüsusi qərəzliyi ilə seçilən bir sıra ölkələrin parlamentləri belə bir qərar qəbul etməkdən çəkinməyiblər. Qəribəsi odur ki, qondarma soyqırım barədə qərara səs verənlərin mütləq əksəriyyəti Azərbaycanın harada yerləşməsi barədə məlumatları belə yoxdur. Tarix faktları araşdırmadan "tarixçi" rolunda çıxış etməklə, təkcə məsuliyyətsizlik deyil, tarixi faktlara, materiallara hörmətsizlik, tarixi inkar etmək kimi məsuliyyəti öz üzərlərinə götürüblər. Əsli gerçəklik isə ermənilərin olmayan hadisədən öz siyasi məqsədləri üçün istifadə cəhdidir. Məlumat üçün qeyd edək ki, son illər ərzində ermənilər daha səylə Avropanın bir çox ölkələrində 24 apreli ermənilərin "soyqırımı" günü kimi tanıtmağa çalışırlar. Artıq bu sahədə onlar müəyyən məqsədlərinə də çatıblar.  Guya, ermənilər həmin gün Türkiyə hökuməti tərəfindən soyqırıma məruz qalıblar. Təkcə Avropada deyil, hazırda dünyanın bütün ölkələrində ermənilər bu "soyqırımı" barədə şivən qoparmaqdadırlar. Doğrudanmı 1915-ci aprelin 24-də Türkiyədə yaşayan ermənilər soyqırıma məruz qalıblar?

Tarixi faktlar deməyə əsas verir ki, ermənilərin bu ittihamının tamamilə əsassız və uydurmadır.  Tarixi mənbələrə əsasən 1915-ci il aprelin 24-dən 25-nə keçən gecə Türkiyə hökumətinin qərarı ilə ermənilərdən 235 nəfər həbs olunub. Bu "komitəçilər" türklərə qarşı təşkil edilən iğtişaşların rəhbərləri olublar. Az sonra həbs olunanların sayı 800-ə çatıb. Bunların bir hissəsi sürgünə göndərilib, digər hissəsi isə ölümlə cəzalandırılıb. Qərar verilib ki, Türkiyə hökumətinə, xalqına qarşı Türkiyə ərazisində fəaliyyət göstərən komitələr qadağan olunsun. Bu, o deməkdir ki, 24 aprel məsələsi təkcə ermənilərə aid deyildi. Ermənilərin xəyanətkarlığına görə Türkiyə hökuməti qərar verib ki, onların bir hissəsi köçürülsün, digər hissəsi isə həbs edilsin. Şimaldan cənuba doğru müharibə zonasındakı ermənilər həmin ərazilərdən çıxarılıb. Türkiyənin vəziyyəti o zaman çox gərgin idi. İngilis, fransız, bolqar qoşunları artıq Konstantinopola (İstanbula) çatmışdılar. Türkiyə belə bir ölüm-dirim zamanında həm koalisiya qoşunlarına, həm də ki, rus qoşunlarına qarşı vuruşmalı idi. Namərd ermənilər məhz Türkiyənin belə bir ağır vəziyyətində ona xəyanət ediblər. Onlar Türkiyəni məhv etməyə çalışan qoşunlara bələdçilik, tərcüməçilik ediblər. Rus generalları özləri etiraf ediblər ki, türklərə qarşı ən fədakarlıqla vuruşan qüvvə ermənilərdir. Məhz bu səbəbdən də 24 apreldən sonra ermənilər fikirləşiblər ki, artıq Türkiyə ərazisində erməni dövləti, erməni vilayəti yaratmaq imkanından birdəfəlik məhrum olublar.  Ermənilərin məhz 24 apreli "erməni xalqının soyqırımı günü" kimi təqdim etmək iddiaları və bununla bağlı türklərə qarşı ittiham irəli sürmələri, Türkiyənin üzr istəməsini, yüksək məbləğdə təzminat ödəməsini tələb etmələri bununla əlaqədardır.

Əslində isə soyqırıma məruz qalan məhz türklər olub. Məlum olduğu kimi daşnakların dənizdən-dənizə erməni dövləti yaratmaq arzusu I dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Çar Tiflisdəki nitqini: "Qoy, rus bayrağı altında üzən gəmilər Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy, erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini qura bilsin. Çar hökumətinin himayəsi altında qan qardaşlarınızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm, arzunuz yerinə yetiriləcək"! kəlmələri ilə bitirdi. Beləliklə, çar II Nikolayın bu qərəzli və təhrikedici çıxışı ermənilərin Rusiya tərəfindən Türkiyəyə qarşı müharibədə iştirak etməsini təmin etdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsindən xeyir-dua aldılar. Çarın bu bəyanatından sonra, ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, bir hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldılar. Dinc türk əhalisnə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular. 1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğurdular və anaları öz balalarının ətini yeməyə məcbur edirdilər. Kazım Qarabəkir paşa ABŞ generalı Harborda göndərdiyi məktubda yazırdı: "Azad etdiyimiz şəhərdə dəhşətli bir mənzərə ilə rastlaşdım. Şəhərdə sağ qalmış heç kimə rast gəlmədim. Bütün uşaqların bədənləri süngülərlə dəlik-deşik edilib. Qocaları və qadınları zirzəmilərə doldurub diri-diri yandırıblar, gəncləri balta ilə şaqqalayıb asıblar. Həmvətənlərimin bu faciəsi insanın qəlbinə dağ çəkir..."

Rəsmi mənbələrə görə, rus qoşunları geri qayıdanda ermənilər də geri qayıtmağa məcbur olublar. Bu zaman erməni birləşmələri hədsiz azğınlaşmışır, hətta ruslar qorxurlar ki, ermənilər onlara qarşı da vuruşa bilər. Ona görə 1917-ci ilin əvvəllərində rus hökuməti qərar verir ki, erməni hərbi birləşmələri buraxılsın. Geri qayıdan ermənilərin içərisində yerli ermənilər də olub. Qars vilayəti ərazisində, İrəvan quberniyasına keçid yolunda 82 türk kəndi yerlə-yeksan edilib. Ermənilər yolun bir tərəfində çılpaq soyundurulmuş türk qadınlarını, o biri tərəfində isə nizələrə keçirilmiş uşaqları düzüblər ki, erməni qoşunları daim bu qanlı səhnələrə baxıb ruhlansınlar. Bundan sonra ermənilər indiki Ermənistan ərazisində, indiki Xankəndi, Bakıya qədərki ərazilərdə yerləşən kəndləri də viran qoymağa başlayılar. Sonra məlum 1918-ci il mart qırğınları baş verib, minlərlə soydaşımız qanına qəltan edilib. Beləliklə, tarixi mənbələr "erməni soyqırımı" iddiasının uydurma olduğunu, slində isə türklərin siyqırıma məruz qaldığını təsdiq edir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31