Zəngəzuru qaytarmaq üçün Azərbaycanın tarixi, əlverişli imkanları yaranır

Azərbaycan 44 günlük müharibədə əldə etdiyi tarixi qələbədən sonra gələcək planlar, yaxın perspektivdə atacağı addımlar üzərində işləyir.

Azərbaycan 44 günlük müharibədə əldə etdiyi tarixi qələbədən sonra gələcək planlar, yaxın perspektivdə atacağı addımlar üzərində işləyir. Əsas etibarilə isə bu işlər 10 niyabr bəyanatından irəli gələn vəzifələr, bəyanatda əksini tapan şərtlər çərçivəsində həyata keçirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə edilmiş 10 noyabr bəyanatına əsasən Zəngəzur dəhlizi də əsas kommunikasiya vasitəsi kimi istifadəyə verilməldir. Əslində sözügedən dəhlizin istifadəyə verilməsi Azərbaycan qədər də Ermənistan üçün faydalı sayılsa da, lakin erməni tərəfi yenə də ənənəsinə sadiq qalaraq Zəngəzur dəhlizi layihəsinin reallaşmasına qarşı çıxır. Ancaq Azərbaycan tərəfi sözügedən dəhlizin reallaşmasında, onun istifadəyə verilməsində israrlıdır. Bu israr, qəti mövqe bu günlərdə Hacıqabul rayonuna səfəri zamanı dövlət televiziyasına verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dilindən bir daha səsləndirildi. Dövlət başçısı bildirdi ki, Ermənistan bunu istəsə də, istəməsə də biz Zəngəzur dəhlizini icra edəcəyik: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".

Politoloq Əhəd Məmmədli dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı söylədiyi fikirlərə diqqət çəkərək bildirib ki, həyat bumeranqdır. Onun sözlərinə görə, Ermənistanın Rusiya ilə birlikdə 30 ildir Azərbaycana yaşatdığı Qarabağ kabusunu indi özü yaşamağa başlayıb: "Ermənilər Qarabağı itirdikdən sonra Zəngəzuru da itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Son günlərin Ermənistanda əsas mövzusu Zəngəzurdur".

Əhəd Məmmədli bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 101 ildən sonra Zəngəzura qayıdacağıq, Zəngəzur və İrəvan Azərbaycanın tarixi torpaqlarıdır, ermənilər istəsədə-istəməsədə biz Zəngəzur dəhlizini açacağıq sözlərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan qəflətən Zəngəzura səfər edib: "Paşinyan gecə saatlarında Qafana gəlib. Paşinyanla birlikdə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysidə Zəngəzura səfər edib. Amerikalı səfir Sisianın meri ilə görüşüb. Üstəlik bir neçə gündür ki Ermənistanın prezidenti Sarkisyan da Zəngəzurdadır".

Politoloq qeyd edib ki, Zəngəzuru qaytarmaq üçün Azərbaycanın tarixi, əlverişli imkanları yaranır: "İlham Əliyevin Zəngəzurla və "İsgəndər" raketləri ilə bağlı çıxışlarını təsadüfi saymıram. Əliyev "İsgəndərlərlə" bağlı israrla Rusiyanın üstünə gedir. Şuşadan vurulan "İsgəndərlərin" Zəfər parkına gətirilməsini də Rusiyaya qarşı Bakının növbəti de-marşı saymaq olar. Rəsmi Bakı, Rusiyaya qarşı adətən de-marş etmir, əgər edirsə demək torbada pişik var".

Politoloq onu da diqqətə çatdırıb ki, ermənilər Qarabağı qorumaq üçün rusların vassalına çevrildilər, amma xeyri olmadı: "İndi də Zəngəzuru qorumaq üçün amerikalılardan imdad diləyirlər, amma yenə də xeyri olmayacaq... Almaniya kansleri xanım Merkelin Azərbaycan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən çıxışını diplomatik arenada rəsmi Bakının uğuru kimi qiymətləndirmək olar. Qərb gecdə olsa Rusiyaya qarşı birləşir. Bu vəziyyətdə Türkiyə və Azərbaycanın manevr imkanları çoxalır. Ermənistanın isə əksinə imkanları daralır. Ermənistan əri-Rusiya və məşuqu-Amerikanın arasında qalıb. Kasıb ərindən boşanmaq istəyir, amma qorxur boşanmağa ki, əri onu bərk döyər. Varlı məşuqu ilə gələcəyini qurmaq istəyir, amma ona da tam güvənmir ki, ortada qoyar. Ermənistan adlı gəzəyən qadın məşuquna görə ərindən boşanıb çöldə qalmaqdan bərk qorxur. Çünki bu olan halda Türkiyə ilə Azərbaycanın o qəzəyən qadına nələr edəcəkləri məlumdur. Ermənistan gələcəkdə baş verəcəklərini, başına gələcəklərini yavaş-yavaş yaşamağa başlayır. Anti-türk siyasətinin sonu da belə olmalı idi. Ermənilər üçün 1915 davam edir".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31