Putin Qarabağdan danışdı və ad çəkmədən "onlarda pis adət yaranıb" dedi
21 Aprel 2021 15:16 SiyasətRusiya prezidenti Vladimir Putin bu gün Federal Məclis qarşısında xalqa müraciəti zamanı Dağlıq Qarabağda münaqişənin dayandırılmasında "həlledici rolunu" vurğulayıb.
Olaylar.az xəbər verir ki, Putin Rusiyanın geniş beynəlxalq əməkdaşlıq üçün açıq olduğunu deyib.
"Artıq Suriyada vəziyyətin stabilləşməsi üçün çox iş görülüb, Liviyada siyasi dialoq qurulub. Rusiya Dağlıq Qarabağ rayonunda silahlı münaqişənin dayandırılmasında başlıca rol oynayıb", - o bildirib.
"Əgər kimsə dialoq aparmaq istəmirsə, eqoist və özündənrazı ton seçirsə Rusiya həmişə öz mövqeyini qorumaq üçün yol tapacaq",-Putin bildirib. O, Rusiyanı hədəfə almaq cəhdlərini ironiya ilə "yeni idman növü" adlandırıb.
"Bəzi ölkələrdə belə pis adət yaranıb-istənilən bəhanə ilə, tez-tez isə ümumiyyətlə bəhanəsiz Rusiyanı hədəf alırlar. Hansısa idman növüdür-görək kim daha bərkdən nəsə deyəcək",-o deyib. // Virtualaz.org