İlham Əliyev Pakistanla bağlı vacib sənəd İMZALADI
19 Aprel 2021 13:34 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Olaylar.az-ın xəbərinə görə, saziş üç il müddətinə bağlanıb.
Sənəddə qeyd edilib ki, tərəflərin müqaviləni ləğv etmək niyyəti barədə ən azı üç ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha üç il uzadılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31