Daha 9 erməni hərbçinin meyiti tapıldı
2 Fevral 2021 12:17 SiyasətQarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 9 erməni hərbçinin meyiti tapılıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Hazırda axtarış işləri Hadrut ərazisində aparılır.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 354-ə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31