Siyavuş Novruzov: “Müharibənin ikinci mərhələsi başlayıb”

"Bizim möhtəşəm qələbəmizdən sonra müharibənin ikinci mərhələsi başlayıb. Burada birincidən də daha həssas olmalıyıq". "OLAYLAR"ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib. Deputat bildirib ki, erməni təxribatına artıq start verilib: "Azərbaycanın diplomatik nümayəndələrinə hədələr, təhdidlər başlayıb. Səfirlər hədələnir. Burada biz çox diqqətli olmalıyıq. Tarixi yada salmalıyıq. Türkiyə səfirlərinin ASALA tərəfindən xaricdə güllələnməsi faktları mövcuddur. İndi bu təhdidlər Azərbaycan səfirlərinə qarşı da var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31