Üçtərəfli bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır
Azərbaycan Ordusunun 44 günlük əks hücumuna tab gətirməyən işğalçı dövlət olan Ermənistan nəhayət ki, ağ bayraq qaldırdı. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağğa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə bəyənat imzaladılar. Maraqğlıdır, imzalanan bəyənatın mahiyyəti nədən ibarətdir, sözügedən sənəd Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?
10 Noyabr 2020 13:35 SiyasətBu bəyənatın Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
Azərbaycan Ordusunun 44 günlük əks hücumuna tab gətirməyən işğalçı dövlət olan Ermənistan nəhayət ki, ağ bayraq qaldırdı. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistana masa arxasında oturmağğa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə bəyənat imzaladılar. Maraqğlıdır, imzalanan bəyənatın mahiyyəti nədən ibarətdir, sözügedən sənəd Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir? Əvvala qeyd edək ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi.
Razılaşmanın şərtlərinə əsasən Ermənistan qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağını öhdəsinə götürür. İşğal olunmuş ərazilərdən Ermənistanın qoşunlarının çıxarılması ilə raralel olaraq əraziyə Rusiya və Türkiyə sülhməramlıları yerləşdirilir. Sülhməramlı qüvvələr 5 il müddətidə, özü də məhdud konigentlə əraziyə daxil olur. Bu isə o deməkdir ki, Ermənistan işğal altında olan ərazilərimiz qeyd-şərtsiz, qat tökmədən, tələfat olmadan boşaldır. Bununla da indiyə qədər üzərində manipuliyasiya aparılan "qoşunların təmas xətti" anlayışı aradan qaldırılmış olur. Beləliklə hazırda Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi ərazilər ölkmizin ayrılmaz tərkib hissəsi hesab olunur.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamasalınma prosesində qardaş Türkiyənin iştirakə tədqirəlayiq haldır. Nəzərə almaq lazımdır ki, Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılması qeyri-mümkün olacaq. O ki, qaldı Xankəndi və digər ətraf məntəqələrin azad edilməsi məsələsinə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyil. Hazırki şəraitdə sözügedən ərazilərin götürülməsi Ermənistana əsas verə bilər ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın. Bunun əvəzində isə Azərbaycanın ciddi təkidi ilə bəyənata salınan müddəa imkan verəcək ki, Naxçıvan uzun illrdən bəri salındlığı blokadadan azad olunsun. Belə ki, sənədə görə, Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürüb.
Onu da qeyd edək ki, sözügedən bəyənatın imzalanmasının özünün tarixi əhəmiyyəti danılmazdır. Bu bir daha göstərdi ki, özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri sabun köpüyündən başqa bir şey deyilmiş. Azərbaycan ordusunun vurduğu sarsılmaz zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün hələ uzun illər lazım olacaq. Həmçinin Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Nurlan
Olaylar.az