Qarabağdakı sülhməramlıların mandatı ilə bağlı AÇIQLAMA
10 Noyabr 2020 13:06 SiyasətRusiya, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmaya görə Dağlıq Qarabağ ərazisində Rusiya sülhməramlıları yerləşdirilib.
Rusiya hərbi qüvvələrinin Qarabağ ərazisində yerləşdirilməsi ictimai fikirdə müəyyən suallara və müzakirələrə səbəb olub.
Maraqlıdır, bu qüvvələrin Qarabağ ərazisindəki fəaliyyəti necə qurulacaq? Onlar bölgədə Türkiyə sülhməramlıları ilə ortaq fəaliyyət göstərəcəklərmi və s.
Məsələ ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Ramil Məmmədli sülhməramlı birləşmələrin adətən BMT mandatına uyğun olaraq öz missiyasını həyata keçirdiyini xatırladıb:
"Bu missiyasnın əsasında tərəflər arasında illərdir, davam edən müharibənin qarşısını almaq və tərəflər arasında münaqişəsnin baş verməməsinə nail olmaq dayanır. Qarabağda olan sülhməramlıların mandatı müəyyən dövrdən sonra bilinəcək.
Burada sual yaradacaq məqam təmas xətti ilə bağlıdır. Yəni, təmas xəttinin əməliyyatlar dayandırldığı yerdən müəyyənləşəcəyi ya müəyyənləşməyəcəyi sual atındadır. Yəqin ki, bu suala yaxın zamanda aydınlıq gələcək. Çünki burada söhbət təkcə Ağdamın, Laçının Kəlbəcərin azad olunmasından deyil, Əsgəranın, Xocalının və Xankəndinin azad edilməsindən gedir".