Aydın Quliyev - Yol 30 illik Minsk Qrupunun yolu yox, elə bu imiş

Gözlərimiz aydın! Azərbaycanın 44 günlük Böyük Qarabağ Müharibəsi ötən gecəyarısı tam qələbəmiz və düşmənin kapitulyasiyası ilə bitdi. Tarixdə davamiyyət müddəti ilə adlandırılan başqa müharibələr də olub -30 illik katolik-protestant müharibəsi, 100 illik müharibə, 30 illik ağ və al qızılgüllər müharibəsi, 6 günlük İsrail-ərəb müharibəsi və s. Azərbaycanın 44 günlük müharibəsi tam başqa məzmunludur."

Olaylar.az bildirir ki, bu fikirləri "Bakı-Xəbər! qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev sosial şəbəkə hesabından paylaşıb.

Siyasi ekspert qeyd edir ki, bu eyni vaxtda  Azərbaycan xalqının və Azərbaycan dövlətinin birgə vətən müharibəsidir:

"Burada dövlətimiz və xalq bütün mənalarda  eyni səviyyədə birlikdə iştirak etdi ki, bunun da yenilməz birləşdirici sütun rolunu Prezident şəxsən icra etdi. Başqa ölkələrin timsalında indiyədək,  elə bu günkü Ermənistanın özü də daxil təkcə dövlətlərin və ya hakimiyyətlərin müharibəsini görmüşdük. Qarabağ müharibəsinin həllinə dair Azərbaycan prezidentinin hərbi-siyasi həll yolu mütləq təsdiqləndi. Yol 30 illik Minsk Qrupunun yolu yox, elə bu imiş. Ermənistan hakimiyyəti tam məğlub olsa da, dərindən düşünsələr nəticə erməni xalqına da faydalı oldu."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31