Tarixin faciəvi səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı - Mustafa Şentop
Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət ki, düşmən tərəfindən də qəbul edildi. Ermənistan işğal edərək qətliamlar həyata keçirdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur qaldı.
10 Noyabr 2020 12:20 SiyasətAzərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət ki, düşmən tərəfindən də qəbul edildi. Ermənistan işğal edərək qətliamlar həyata keçirdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur qaldı.
Olaylar.az-ın məlumatına görə, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop özünün "Twitter" hesabında paylaşıb.
Türkiyə parlamentinin sədri yazıb: "Tarixin faciəvi səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Azərbaycan bayrağı və azan Qarabağda yenidən yüksəldi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31