Bayden ABŞ-ın yeni prezidentidir - KİV
ABŞ kütləvi informasiya vasitələri Cozef Baydenin Amerikanın yeni prezidenti olduğunu yazıblar.
7 Noyabr 2020 21:30 SiyasətABŞ kütləvi informasiya vasitələri Cozef Baydenin Amerikanın yeni prezidenti olduğunu yazıblar.
Olaylar.az xəbər verir ki, AP agentliyi və NBC və CNN telekanalları Baydenin seçildiyini proqnozlaşdırıblar.
Onların hesablamalarına görə, Bayden gərəkli olan 270 seçicinin səsini yığa bilib.
ABŞ-da prezident seçkisi noyabrın 3-də keçirilsə də, nəticələri hələ də bəlli deyil. İlkin proqnozlara görə, Bayden liderdir, ancaq hazırkı prezident Donald Tramp ilkin nəticələrə şübhə edir.
Səslərin sayılması bir sıra ştatlarda rəsmi olaraq başa çatmayıb.
Tramp isə bu arada özünə məxsus klubda qolf oynamağa gedib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31