Ermənistanın Bərdəyə raket atəşi nəticəsində həlak olan 16 yaşlı yeniyetmə
7 Noyabr 2020 19:37 SiyasətXəbər verildiyi kimi, bu gün saat 16 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonunu raket atəşinə tutub.
Olaylar.az-ın məlumatına görə, hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.
Həlak olan 16 yaşlı Ş. Rəhimov ailədə 3 qardaş olub. Qardaşlar üçəm olublar. Ş. Rəhimovun ailəsi Laçın rayonundan olan məcburi köçkündür və Bərdə rayonu ərazisində fermadakı tikilidə məskunlaşıbmış.




![]()
![]()
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31