Ermənistanda son günlər itkilərin sayının açıqlanmamasının səbəbi nədir?
Ermənistan müdafiə nazirliyi son 4 gündə döyüşdə ölən hərbçilərinin sayı barədə rəsmi açıqlama vermir.
3 Noyabr 2020 13:15 SiyasətErmənistan müdafiə nazirliyi son 4 gündə döyüşdə ölən hərbçilərinin sayı barədə rəsmi açıqlama vermir.
Olaylar.az xəbər verir ki, bu barədə "Qraparak" qəzeti araşdırma aparıb.
Qəzetin yazdığına görə, 4 günlük sükutdan sonra Ermənistanın müdafiə nazirliyi son 4 gündə döyüşdə 11 hərbçisinin öldüyü barədə məlumat yayıb. Qəzet göstərilən saya şübhə ilə yanaşaraq belə bir sualla nazirliyə müraciət edib: "Son 4 gündə döyüşdə erməni tərəfi itki vermədimi? Ölənlərin sayı niyə açıqlanmır?".
Ermənistan müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan bildirib ki, meyitlərin tanınması prosesi getdiyi üçün ölənlərin sayı açıqlanmır.
Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sentyabrın 27-dən sonra başlayan döyüşlərdə Ermənistan tərəfi 6 mindən çox itki verib. Oktyabrın 30-da rəsmi mənbələr isə bu rəqəmin 1 119 olduğunu açıqlamışdı.