Döyüşmək üçün Fransadan Qarabağa gələn erməni HƏR ŞEYİ ETİRAF ETDİ: Buz kimi əriyirik...

Diasporumuz tədricən Günəşdəki buz kimi əriyir.

Bunu Qarabağ döyüşlərində iştirak etmək üçün Fransadan İrəvana gedən 45 yaşlı Qrayr Keroqlyan deyib.

Suriya ermənilərindən olan Keroqlyan xüsusilə Livan, Suriya və İrandakı ən güclü erməni icmalarının dağıldığını bildirib.

O, bundan sonra erməni kimliyinin qorunmasını mümkünsüz hesab edir: "30 il mitinqlərdə iştirak etdim. Heç bir nəticə olmadı. Biz azərbaycanlıların nəyə qadir olduqlarını yaxşı bilirik".

Bu etiraf illərdir beynəlxalq areanada hökm sürən "güclü erməni lobbisi və erməni diasporu" fikirlərinin mifdən ibarət olduğunu açıq şəkildə ortaya qoyur. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31